Ermənistan yenidən prezident idarəçilik formasına keçə bilər

Ermənistan yenidən prezident idarəçilik formasına keçə bilər Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan ölkədə parlament idarəçilik formasından prezident idarəçiliyinə keçilə biləcəyini istisna etməyib.
Region
135
2 Dekabr , 2018 12:27
Ermənistan yenidən prezident idarəçilik formasına keçə bilər
Nikol Paşinyan

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan ölkədə parlament idarəçilik formasından prezident idarəçiliyinə keçilə biləcəyini istisna etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla bazar günü Sisyan şəhərində "Mənim addımım" blokunun seçkiqabağı mitinqində çıxış edib.

"Əgər parlament idarəçilik formasının prezidentliklə əvəzlənməsinə zərurətin yarandığı hiss edəriksə, bunun üçün bizi heç nə tutub saxlamır və biz sizin razılığınız ilə bunu edəcəyik", - deyə Paşinyan bildirib.

Ermənistan 2015-ci ildə aparılan konstitusiya islahatları nəticəsində prezident idarəçilik forması parlamentə dəyişdirilib.

Ermənistanda növbədənkənar parlament seçkiləri üçün seçkiqabağı təşviqat kampaniyasına noyabrın 26-da start verilib.

Son xəbərlər

Orphus sistemi