Ermənistan xüsusi xidmət qurumlarının rəhbərləri istintaqa çağırılıblar

Ermənistan xüsusi xidmət qurumlarının rəhbərləri istintaqa çağırılıblar Bakı. 27 sentyabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsian və Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan aralarında keçən telefon danışığının üzə çıxmasına dair cinayət işinin istintaqı çərçivəsində dindiriliblər.
Region
27 Sentyabr , 2018 14:18
Ermənistan xüsusi xidmət qurumlarının rəhbərləri istintaqa çağırılıblar
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsian və Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan aralarında keçən telefon danışığının üzə çıxmasına dair cinayət işinin istintaqı çərçivəsində dindiriliblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzian bildirib.

Qeyd edək ki, bu il sentyabrın 11-də A.Vanetsianla S.Xaçatran arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsi, sabiq müdafiə naziri Mikael Harutünyana və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət işləri haqqında bəhs olunan telefon söhbətinin audioyazısı yayılmışdı.

Son xəbərlər

Orphus sistemi