Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ermənistan və Azərbaycan arasındakı danışıqlardakı son durum barədə danışıblar.
Xatırladaq ki, T. Klaar Ermənistanda səfərdədir. O, daha əvvəl baş nazir Nikol Paşinyanla görüşüb.