Ermənistan XİN başçısı Silahlı Qüvvələrin Baş Qərargahını müdafiə edib

Ermənistan XİN başçısı Silahlı Qüvvələrin Baş Qərargahını müdafiə edib "Ermənistanda hərbi çevriliş elementləri olmayıb"
Region
189
12 Mart , 2021 17:51
Ermənistan XİN başçısı Silahlı Qüvvələrin Baş Qərargahını müdafiə edib
Ara Ayvazyan

Ermənstan Silahlı Qüvvələri Baş Qərargahının baş nazir Nikol Paşinyanın istefası ilə bağlı tələbi hərbi çevrilişə cəhd deyildi.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Ermənistanın xarici işlər naziri Ara Ayvazyan “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

“Siyasi bəyanat verilib. Bu isə özü-özlüyündə hərbi çevrilişə cəhd deyil. Bununla bağlı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən uyğun dəyərləndirmələr olub. Ermənistanda hərbi çevriliş elementləri olmayıb”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bəyanat verib. Sənədi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçilər imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var.

Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavini Tiqran Xaçatryanın vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz add-ım adlandırıb.

Son xəbərlər

Orphus sistemi