Ermənistan XİN başçısı Misirə səfər edəcək

Ermənistan XİN başçısı Misirə səfər edəcək Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirə rəsmi səfər edəcək.
Region
11 Sentyabr , 2020 12:18
Ermənistan XİN başçısı Misirə səfər edəcək
Zöhrab Mnasakanyan

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

O, səfər çərçivəsində Misirin yüksək vəzifəli şəxsləri və erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Səfər sentyabrın 12-dən 15-dək davam edəcək.

Qeyd edək ki, son illər Türkiyə ilə Misir arasında münasibətlər gərgindir. Bu gərginlik Ərəb Respublikasının mərhum prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra başlayıb. Liviyada marşal Xəlifə Haftar silahlılarının məğlub edilməsi, Türkiyə ilə Liviyanın Aralıq dənizində birgə əməkdaşlığı və başqa bu kimi hadisələrdən sonra Misirdəki hakimiyyət Yunanıstan, Kiprin yunan hissəsi və Ermənistanla əlaqələri genişləndirib.

Son xəbərlər

Orphus sistemi