Ermənistan vətəndaşı 61 yaşlı rusiyalını qətlə yetirib

Ermənistan vətəndaşı 61 yaşlı rusiyalını qətlə yetirib Ovakim Qandilyana qarşı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb
Region
25 avqust 2017 10:14
Ermənistan vətəndaşı 61 yaşlı rusiyalını qətlə yetirib

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Ermənistanın Nor Açen kəndində 31 yaşlı ölkə vətəndaşı Ovakim Qandilyan Rusiya vətəndaşı, 61 yaşlı Valeri Markaryanı qətlə yetirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

O.Qandilyan bildirib ki, öz mənzilində əvvəlcə V.Markaryanı döyüb, sonra boğaraq öldürüb.

O.Qandilyana qarşı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. 

Qeyd edək ki, V.Markaryan O.Qandilyanın dayısıdır.

Son xəbərlər

Orphus sistemi