Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belçikalı həmkarı Hadja Lahbib ilə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.
Region
16 noyabr 2023 09:20
Ermənistan və Belçika XİN başçıları Aİ ilə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belçikalı həmkarı Hadja Lahbib ilə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər həm ikitərəfli gündəliyə, həm Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsinə, həm də regional məsələlərə toxunublar. Görüşdə ticari-iqtisadi, informasiya, mədəniyyət və digər sahələrdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsi imkanları da müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi