Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.
“Report”un xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.