​Ermənistan "TRASEKA"nın texniki əlavəsini imzalayıb

​Ermənistan "TRASEKA"nın texniki əlavəsini imzalayıb Bura Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan 13 ölkə, o cümlədən Azərbaycan daxildir
Region
15 Oktyabr , 2015 13:33
​Ermənistan TRASEKAnın texniki əlavəsini imzalayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ermənistan "TRASEKA"nın texniki əlavəsinə qoşulmaqla bağlı sənəd imzalayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən gün Yerevanda Ermənistanın nəqliyyat naziri Qaqik Beqlaryanla "TRASEKA"nın hökumətlərarası komissiyasının baş katibi Mirça Çipraqanın görüşündə uyğun sənəd imzalanıb.

Mirça Çipraqa bildirib ki, Ermənistan Nəqliyyat Nazirliyinin "TRASEKA"nın layihələrinin həyata keçməsi ilə bağlı səylərini yüksək qiymətləndirirlər: "Avropadan Asiyaya daşımalarda tranzit ölkə kimi Ermənistanın fəallığının artırması üçün bütün imkanlardan istifadə edəcəyik".

Görüş zamanı "Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında" əsas müqavilənin tərkib hissəsi, eləcə də "Qara və Xəzər dənizlərində dəmiryolu bərələrinin istismarının əsas prinsipləri" texniki əlavələri imzalanıb.

Qeyd edək ki, Avropa İttifaqı 1993-cü ildən "Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi" proqramı həyata keçirir. Bura Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan 13 ölkə, o cümlədən Azərbaycan daxildir.

Son xəbərlər

Orphus sistemi