Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir

Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir Bakı. 2 iyul. REPORT.AZ/ Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir.
Region
2 İyul , 2018 13:11
Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir. 

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu ölkədə tənəffüs yolları xəstəliyindən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 72 nəfər təşkil edir. 

Siyahıya Qırğızıstan başçılıq edir. Bu ölkədə şəkərli tənəffüs yolları xəstəliyindən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 102 nəfərdir. 

Ermənistan həmçinin şəkərli diabet xəstəliyindən ölənlərin sayına görə də MDB məkanında liderdir. Belə ki, bu ölkədə 100 min nəfərdən 39,1-i şəkərli diabetdən ölür. Bu göstəriciyə görə ikinci yeri Qazaxıstan (23,1), üçüncü yeri isə Rusiya (21,5) tutur.

Qeyd edək ki, Azərbaycan MDB məkanında tənəffüs yolları xəstəliklərdən ölən insanların sayına görə sonuncu yerlərdən birini tutur. Ölkədə bu xəstəlikdən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 19 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi