Ermənistan prezidentinin yeni vəzifəsi açıqlanıb

Ermənistan prezidentinin yeni vəzifəsi açıqlanıb Onun səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır
Region
12 May , 2017 14:08
Ermənistan prezidentinin yeni vəzifəsi açıqlanıb

Bakı. 12 may. REPORT.AZ/ Səlahiyyət müddəti başa çatdıqdan sonra Ermənistan Prezidenti Serj Sarqsyan ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi postunu tutacaq.

“Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “İrates” qəzeti yazıb.

İnformasiyaya əsasən, o, bununla dövlət qərarlarının qəbuluna təsir imkanlarını qoruyacaq. Bir müddət əvvəl Serj Sarqsyan gələcək fəaliyyətinin təhlükəsizlik sahəsi ilə bağlı oldğunu bildirib.

Yazıda vurğulanıb ki, o, bu vəzifəyə ötən ildən hazırlaşıb. 2016-cı ilin avqustunda Serj Sarqsyanın sərəncamı əsasında Milli Təhlükəsizlik Şurasının katibliyi təsis edilib.

Qeyd edək ki, Ermənistan prezidentinin səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır. 

Son xəbərlər

Orphus sistemi