Bakı. 14 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan mayın 16-da Avstriyaya işgüzar səfərə yollanacaq.
"Report" "Ermənistan səsi" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
Məlumata görə, S.Sarqsyan ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bir sıra görüşlərdə iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşəcəkləri bildirildi.