Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib

Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib Gürcüstanın hökumət başçısı koronavirusa yoluxub
Region
166
16 Aprel , 2021 15:35
Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ermənistana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Tbilisidə jurnalistlərə açıqlamasında məlumat verib.

O deyib ki, Gürcüstana rəsmi səfəri çərçivəsində İ.Qaribaşvili ilə görüşə bilməsə də, onunla telefonla danışıb.

A.Sarkisyan yaxın gələcəkdə Gürcüstana yenidən səfər edəcəyini söyləyib: “Samtsxe Cavaxeti bölgəsinə baş çəkmək istəsəm də, bu, pandemiya səbəbindən mümkün olmadı”.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi