Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB

Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB Baş nazir Nikol Paşinyan Ermənistan Polisinin rəisi Valeri Osipyanın tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Region
143
18 Sentyabr , 2019 14:25
Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB

Baş nazir Nikol Paşinyan Ermənistan Polisinin rəisi Valeri Osipyanın tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, sentyabrın 18-də ölkə prezidenti Armen Sarkisyan Valeri Osipyanın Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam imzalayıb.


*** 09:33

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib.

“Report” “Novosti-Armeniya”ya istinadən bildirir ki, onun işdən çıxdığının bu gün rəsmi şəkildə elan olunacağı gözlənilir.

V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.

Yerli KİV-in məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Qeyd edək ki, sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa verib. Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

Xatırladaq ki, V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəsisnin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib. 

Son xəbərlər

Orphus sistemi