Ermənistan Polisinin keçmiş rəisinə qarşı 6 ittiham irəli sürülüb

Ermənistan Polisinin keçmiş rəisinə qarşı 6 ittiham irəli sürülüb Ermənistanın keçmiş polis rəisinə (daxili işlər naziri) Cinayət Məcəlləsinin 6 maddəsi üzrə ittiham irəli sürülüb.
Region
9 Dekabr , 2021 17:22
Ermənistan Polisinin keçmiş rəisinə qarşı 6 ittiham irəli sürülüb

Ermənistanın keçmiş polis rəisinə (daxili işlər naziri) Cinayət Məcəlləsinin 6 maddəsi üzrə ittiham irəli sürülüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin məlumatında bildirilib.

Bildirilib ki, keçmiş rəis 2,11 milyard dramdan (4,3 milyon ABŞ dolları) artıq məbləğdə əmlakını leqallaşdırmamaqda və korrupsiya xarakterli başqa fəaliyyətdə də ittiham olunur.

Mələsə ilə bağlı yayılan press-relizə əsasən, Vladimir Qasparyan 2000-2008-ci illərdə müxtəlif vəzifələrdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verib. O, dövlətin külli miqdarda maliyyə vəsaitini israf, xidməti vəzifəsinin icrası zamanı saxtakarlıq edib, cinayət xarakterli müxtəlif əməllər törədib.

Son xəbərlər

Orphus sistemi