Bakı. 10 may. REPORT.AZ/ Ermənistan Polisinin başçısı Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Georgi Kutoyan işdən çıxarılıblar.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sarkisyan sərəncam imzlayıb.
*** 15:54
Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkə polisinin başçısının və Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun vəzifədən azad olunmaları ilə bağlı prezident Armen Sarkisyana müraciət edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hökumət başçısı özünün “Facebook” səhifəsində yazıb.
“Mən Polisin başçısı Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın tutduqları vəzifədən azad olunmalarına dair təklif göndərmişəm”, -deyə o vurğulayıb.
Ermənistan konstitusiyasına əsasən, polis və Milli Təhlükəsizlik Xidməti baş nazirə tabedir.