Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib

Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib “Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”
Region
25 Fevral , 2021 15:51
Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib
Nikol Paşinyan

“Biz vətəndaşlarımızı təhrikedici çağırışlara uymamağa, asayişi qorumağa və ayıq-sayıq olmağa çağırırıq”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin ölkədəki vəziyyətlə bağlı yaydıqları birgə bəyanatda bildirilib.

“Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”, - bəyanatda vurğulanıb.

Güc strukturları bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan istənilən fəaliyyətə adekvat cavab verəcək.

Son xəbərlər

Orphus sistemi