Bakı. 18 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının 84 iştirakçısı polis bölməsinə aparılıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ermənistan polisinin Analitik, informasiya və KİV ilə əlaqələr şöbəsinin müdiri Edqar Canoyan məlumat verib.
"Hazırda 84 vətəndaş bölməyə aparılıb. Onlardan 30-na qarşı inzibati iş açılıb və onlar artıq azad buraxılıblar. 54 vətəndaşın işi isə cinayət törətmək şübhəsi ilə bağlı ibtidai istintaq orqanlarına təhvil verilib", - E.Conayan deyib.
***13:17
Yeravan polisinin müxtəlif şöbələrinə aprelin 18-də etiraz aksiyasının 68 iştirakçısı gətirilib.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Bu gün bir neçə yüz nəfər sabiq prezident Serj Sarqsyanın hökumət başçısı təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan parlamenti səs çoxluğu ilə Sarqsyanı hökumət başçısı seçib. Ermənistanın prezidenti Armen Sarkisyan təyinat barədə fərman imzalayıb. Bundan sonra N.Paşinyan bildirib ki, etiraz aksiyaları davam etdiriləcək.