Ermənistanda daha bir keçmiş məmur müxalifət nümayəndəsinin qətlində şübhəli bilinir

Ermənistanda daha bir keçmiş məmur müxalifət nümayəndəsinin qətlində şübhəli bilinir Ermənistanın Polis qoşunları komandanının keçmiş müavini Qeqam Petrosyan 2008-ci il martın 1-2-də müxalifətin etiraz aksiyalarını dağıdan zamanı qətl törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Region
5 İyun , 2019 09:36
Ermənistanda daha bir keçmiş məmur müxalifət nümayəndəsinin qətlində şübhəli bilinir

Ermənistanın Polis qoşunları komandanının keçmiş müavini Qeqam Petrosyan 2008-ci il martın 1-2-də müxalifətin etiraz aksiyalarını dağıdan zamanı qətl törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki,  Zakar Ovannisyanı odlu silahdan istifadə etməklə öldürməkdə şübhəli bilinərək iyunun 4-də ona qarşı qəsddən adam öldürmək maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, cari il mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Son xəbərlər

Orphus sistemi