Bakı. 19 yanvar. REPORT.AZ/ Gümrü polisi gücləndirilmiş iş rejiminə keçib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu rejimin tətbiqi Rusiya bazasının müddətli hərbçisi Valeri Permyakovun yaraladığı 6 aylıq körpənin ölməsi ilə bağlıdır.
Məlumata görə, Rusiyanın Gümrüdəki konsulluğunun binası və Rusiya hərbi bazası yerləşən rayonda polis postları gücləndirilib.
Xatrırladaq ki, bu il yanvarın 12-də Rusiya hərbçisi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 2 yaşlı uşağı da daxil olmaqla 6 nəfəri avtomatla qətlə yetirmiş, 6 aylıq körpəni isə yaralamışdı. Yanvarın 19-da körpə də xəstəxanada ölüb.