Ermənistanın vitse-spikerini küçədə döydülər

Ermənistanın vitse-spikerini küçədə döydülər Bu gün Yerevanda Ermənistan parlamentinin sədr müavini Alen Simonyan ilə “Adekvad” ictimai-siyasi təşkilatının üzvləri arasında dava olub.
Region
29 Aprel , 2020 19:57
Ermənistanın vitse-spikerini küçədə döydülər

Bu gün Yerevanda Ermənistan parlamentinin sədr müavini Alen Simonyan ilə “Adekvad” ictimai-siyasi təşkilatının üzvləri arasında dava olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, “Adekvad” üzvlərindən Konstantin Ter-Nakalyan təşkilatın rəhbəri Artur Danielyanın burnu əzilmiş haldakı şəklini sosial şəbəkədə yerləşdirərək ona Simonyanın hücum etdiyini yazıb.

Eyni zamanda 39 yaşlı A.Simonyan “Azadlıq” radiosunun (RFERL) Ermənistan bürosuna bildirib ki, A.Danielyan dostları ilə bir yerdə ona küçədə hücum edib: “Danielyanın burnu zədələnib, mənim də başım əzilib”.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan “Adekvad” ölkənin Soros Fondu tərəfindən idarə olunduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi