Ermənistan parlamentinin iclas keçirməsi üçün yetərsay olmayıb

Ermənistan parlamentinin iclas keçirməsi üçün yetərsay olmayıb Bakı. 2 may. REPORT.AZ/ Ermənistan parlamentində növbəti iclasın keçirilməsi üçün yetərsay olmayıb.
Region
2 May , 2018 11:27
Ermənistan parlamentinin iclas keçirməsi üçün yetərsay olmayıb

Bakı. 2 may. REPORT.AZ/ Ermənistan parlamentində növbəti iclasın keçirilməsi üçün yetərsay olmayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin sədri Ara Baloyan bildirib.

Onun sözlərinə görə, iclas üçün cəmi 27 deputat qeydiyyatdan keçib.

Müxalif “Tsrukyan” fraksiyasının katibi Vaqe Enfiacyan deyib ki, ölkədə indiyə qədər görünməmiş hadisələr baş verir: "Bizim fraksiya siyasi boykot elan edib və parlamentin növbəti 4 günlük iclaslarında iştirak etməyəcək”.

Qeyd edək ki, Ermənistan parlamenti 105 deputatdan ibarətdir. Onların 58-i hakim Respublikaçılar Partiyası, 31-i "Tsarukyan" bloku, 9-u "Çıxış"  bloku və 7-si "Daşnaksütyun" Partiyasını təmsil edir. 

Son xəbərlər

Orphus sistemi