Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib Aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyaının Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.
Region
22 Yanvar , 2021 11:52
Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları Qaqik CangiryanArmen Xaçaturyanın Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.

Onların namizədliyini hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.

Armen Xaçaturyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasus Xaçaturyanın qardaşıdır.

Müxalifətin qənaətincə, hakimiyyət bununla da məhkəmə sistemini öz nəzarəti altına alır.

Son xəbərlər

Orphus sistemi