Ermənistan parlamentinə yeni sədr seçilib

Ermənistan parlamentinə yeni sədr seçilib Bakı. 14 yanvar. REPORT.AZ/ Ararat Mirozyan Ermənistan parlamentinin yeni sədri seçilib.
Region
9548
14 Yanvar , 2019 14:58
Ermənistan parlamentinə yeni sədr seçilib
aysor.am

Bakı. 14 yanvar. REPORT.AZ/ Ararat Mirozyan Ermənistan parlamentinin yeni sədri seçilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, qanunverici orqanın 132 deputatından 131-i onun namizədliyinin lehinə səs verib, bir bülleten isə etibarsız sayılıb.

A.Mirzoyanın namizədliyi baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım!” parlament fraksiyası tərəfindən irəli sürülmüşdü.

Qeyd edək ki, Ararat Mirozyan 1979-cu il noyabrın 23-də Yerevanda doğulub. 2018-ci il mayın 11-də baş nazirin birinic müavini olub. 

Son xəbərlər

Orphus sistemi