Ermənistan parlamentində komissiyaların sayı iki dəfə azaldılacaq

Ermənistan parlamentində komissiyaların sayı iki dəfə azaldılacaq Hazırki parlamentdə 12 daimi komissiya var və onların sayı 6-ya endiriləcək
Region
20 Aprel , 2017 13:16
Ermənistan parlamentində komissiyaların sayı iki dəfə azaldılacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Ermənistanın yeni parlamentində daimi komissiyaların sayı iki dəfə azaldılacaq.

“Report” “Jamank” (“Zaman”) qəzetinə istinadən xəbər verir ki, bu haqda artıq siyasi qərar qəbul edilib.

İnformasiyaya əsasən, hazırki parlamentdə 12 daimi komissiya var və onların sayı 6-ya endiriləcək.

Məlumata görə, Avrointeqrasiya üzrə komissya xarici əlaqələr üzrə komissiya, insan haqları üzrə komissiya dövlət-hüquq məsələləri üzrə komissiya, kənd təsərrüfatı və ekologiya məsələləri üzrə komissiya ərazi idarəetmə və yerli özünüidarəetmə üzrə komissiya ilə birləşdiriləcək. Qəzet yazıb ki, başqa komissiyaların gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilməyib.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Yeni parlamentin 105 deputatı olacaq. Əvvəlki qanunverici orqanda 131 deputat fəaliyyət göstərib.

Xatırladaq ki, Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi