Ermənistan parlamentinin binasında deputatlar arasında dava düşüb

Ermənistan parlamentinin binasında deputatlar arasında dava düşüb Nikol Paşinyan: “İctimaiyyətdən üzr istəyirəm, belə şəraitdə işləmək məcburiyyətindəyəm”
Region
5 Oktyabr , 2017 14:13
Ermənistan parlamentinin binasında deputatlar arasında dava düşüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentinin binasında deputatlar arasında dava düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Çıxış” müxalifət blokunun rəhbəri Nikol Paşinyan "Facebook" səhifəsində parlament binasının dəhlizində ona hücum edildiyi haqqında yazıb.

“Hakim Respublikaçılar Partiyasından olan deputat Artaşes Geqamyan mənə yumruqla hücum edib. Uğurla müdafiə olundum. İki dəfə ayaqqabılarımı onun sifətində parıldatdım. İctimaiyyətdən üzr istəyirəm, belə şəraitdə işləmək məcburiyyətindəyəm”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi