Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir

Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir Xaçatryan bildirib ki, hökumət onun konstitusiya hüquqlarınl pozur.
Region
1170
7 Sentyabr , 2020 13:23
Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir
0 : 00
0 : 00

Ermənistanda zabit Tsolak Xaçatryan hökumət binasının qarşısında müddətsiz aclıq aksiyası keçirir.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, sentyabrın 7-də etiraza başlayıb.

T.Xaçatryan bildirib ki, hökumət onun konstitusion hüquqlarını pozur. O, illik məzuniyyətinin ödənilməyən hissəsinin kompensasiyasının nəzərdə tutulduğundan az olduğunu vurğulayıb.

Zabit deyib ki, Ermənistan Müdafiə Nazirliyi 14 mln dram (29 158,26 ABŞ dolları) əvəzinə 4 mln dram (8 330,93 ABŞ dolları) ödəyib. Keçmiş zabit ödənilməyən fərqin verilməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi