Bakı. 21 avqust. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin 26 yaşlı hərbçisi Andranik Armenoviç Mkrtçyanın meyiti qulluq etdiyi hərbi hissənin həyətində aşkarlanıb.
“Report” Ermənitan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, meyitin çənə hissəsində odlu silahdan açılan atəş nəticəsində əmələ gələn yara müşahidə edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib.
O, KİV-ə məsələ ilə bağlı ətraflı məlumat verəcəyini vəd edib.