Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib

Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır
Region
10 May , 2017 13:36
Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib

Bakı. 10 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşı tərəfindən qətlə yetirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 10-da səhər saatlarında baş verib. Ad-soyadı açıqlanmayan hərbçi Qaqik Mesropyana odlu silahdan atəş açıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, son 4 həftədə qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi ölüb. 

Son xəbərlər

Orphus sistemi