Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb

Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb Bakı. 6 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi qar uçqununun altında qalıb.
Region
6 dekabr 2018 09:33
Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununun altında qalıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi qar uçqununun altında qalıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib.

Onun sözlərinə görə, hadisə Sisian rayonu ərazisində baş verib. Uçqun altında qalan hərbçilərin yeri müəyyənləşdirilib, onların vəziyyəti normaldır. Hərbçilərdən biri isə tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi