Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb

Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb Robert Qalstyanın idarə etdiyi “Kia Sorento” markalı avtomobili yoldan çıxaraq Getar çayına düşüb
Region
16 Yanvar , 2018 13:16
Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-leytenant Stepan Qalstyanın oğlu Robert Qalstyan yol qəzasında ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 16-da səhər saatlarında paytaxt Yerevanda baş verib.

R.Qalstyanın idarə etdiyi “Kia Sorento” markalı avtomobili yoldan çıxaraq Getar çayına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan A.Ter-Petrosyan isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi