Bakı. 17 iyun. REPORT.AZ/ Ermənistan ordusunun 4 zabiti ölkənin Hərbi Polisinin əməkdaşını döyüblər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Vardanes rayonunda baş verib.
Məlumata görə, Hərbi Polisin əməkdaşı Andranik Matevosyan ordu zabitlərinin olduğu avtomobili saxlayıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib və Hərbi Polisin əməkdaşı döyülüb.
İnfromasiyada bildirilib ki, hərbi polis əməkdaşına hücum edən zabitlər tutulub. Onlar barəsində Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi başlanıb.