Ermənistan ordusunda komandir gənc zabiti döyüb 

Ermənistan ordusunda komandir gənc zabiti döyüb  Ermənistan ordusunun hərbi hissələrindən birində tabor komandiri gənc zabiti döyüb.
Region
239
6 İyun , 2021 11:19
Ermənistan ordusunda komandir gənc zabiti döyüb 

Ermənistan ordusunun hərbi hissələrindən birində tabor komandiri gənc zabiti döyüb.

"Report"un məlumatına görə, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb.

Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi