Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb
Region
15 Mart , 2021 12:38
Ermənistan müxalifəti hərbi vəziyyət rejiminin ləğvini tələb edir

Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, layihə qanunverici orqanın Müdafiə və təhlükəsizlik komissiyasına təqdim olunub.

“2020-ci il sentyabrın 27-də elan olunan hərbi vəziyyət rejiminin ləğvini təklif edirik”, - “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Arman Abovyan bildirib.

Onun sözlərinə görə, Ermənistandakı de-yure hərbi vəziyyət rejimi ölkədəki şəraitiə uyğun deyil və siyasi proseslərə mane olur.

Son xəbərlər

Orphus sistemi