Ermənistanda müxalifət liderinin cinayət işi məhkəməyə göndərilib

Ermənistanda müxalifət liderinin cinayət işi məhkəməyə göndərilib Bu barədə Ermənistan Prokurorluğunun Mətbuat xidməti bildirib
Region
17 Mart , 2021 15:12
Ermənistanda müxalifət liderinin cinayət işi məhkəməyə göndərilib

“Vətənin xilası uğrunda” müxalifətdə olan hərəkatın lideri, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın cinayət işi məhkəməyə göndərilib.

“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya”ya Ermənistan Prokurorluğunun Mətbuat xidməti bildirib.

Bir müddət əvvəl İstintaq Komitəsi cinayət işini məhkəməyə təqdim edilmək üçün prokurorluğa göndərmişdi.

Qeyd edək ki, V.Manukyan martın 4-də Ermənistanın İstintaq Komitəsinə çağırılmış və ondan ölkəni tərk etməmək barədə iltizam alınaraq sərbəst buraxılmışdı.

O, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmək, ölkənin ərazi bütövlüyünü pozmağa cəhd və konstitusiya quruluşunu güc yolu ilə dəyişməyə çağırış etmək maddələri üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi