Ermənistan Müdafiə Nazirliyinin iki vəzifəli şəxsi rüşvət qarşılığında çağırışçıları təlim-məşqlərdə iştirakdan qanunsuz olaraq yayındırdıqları və onlara hərbi xidmətdən möhlət verdikləri üçün həbs ediliblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlar birinci halda çağırışçıdan 10 min dollar alaraq hərbi xidmətdən yayınmaqda, başqa halda isə Ermənistanın iki vətəndaşına hər birindən 300 dollar rüşvət alaraq təlim düşərgələrində iştiraklarının vaxtını dəyişdirməyə yardım ediblər.
Nazirliyin iki yüksək vəzifəli əməkdaşı həbs olunub və bu cinayətdə adı hallanan daha 8 nəfəri vasitəçilik etdikləri üçün işləri məhkəməyə göndərilib.