Bakı. 30 noyabr. REPORT.AZ/ Ermənistan
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Yerevan-Sevan-İcevan avtomobil yolunda olub.
Bildirilib ki, hərbi polisin əməkdaşının idarə etdiyi “Mercedes” markalı avtomobil çaya düşüb.
Yaralı halda olan sürücü, avtomobilin sərnişinləri - Açacur kəndinin 23 yaşlı sakini Araikl və 26 yaşlı icevanlı Karen T. xəstəxanaya yerləşdirilib.
Onların üçü də Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.