Ermənistan müdafiə nazirinin müavininin arvadı 3 min ət konserv bankasını gizlətməyə cəhd edib

Ermənistan müdafiə nazirinin müavininin arvadı 3 min ət konserv bankasını gizlətməyə cəhd edib Bakı. 19 iyun. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.
Region
19 iyun 2018 13:56
Ermənistan müdafiə nazirinin müavininin arvadı 3 min ət konserv bankasını gizlətməyə cəhd edib

Bakı. 19 iyun. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, polis konservi avtomobildə axtarış aparan zaman aşkarlayıb.

Bildirilib ki, avtomobildən “Satış üçün deyil, əsgər yeməyidir” yazılmış bankalar götürülüb.

Həmin yük avtomobilinin sürücüsü də tutulub. Məlum olub ki, içərsində 2980 banka olan avtomobil keçmiş nazir müavininin həyat yoldaşı Nazik Amiryanın tapşırığı əsasında hərəkət edirmiş. Hadisə araşdırılır.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın deputat toxunulmazlığı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi