Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur

Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan ölkə İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb
Region
145
28 Aprel , 2021 15:23
Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur
Artur Vanesyan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan istintaqa cəlb olunub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Lusine Saakyan bildirib.

Onun sözlərinə görə, A.Vanesyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanesyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər.

Son xəbərlər

Orphus sistemi