Ermənistan MTX-nin direktor müavini işdən çıxarıldı

Ermənistan MTX-nin direktor müavini işdən çıxarıldı Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur
Region
17 İyul , 2020 11:24
Ermənistan MTX-nin direktor müavini işdən çıxarıldı
Robert Bazikyan

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini Robert Bazikyan tutduğu vəzifədən azad edilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

R.Bazikyanın işdən azad edilməsinin səbəbi açıqlanmayıb. Ancaq KİV onun təqaüdə göndərildiyini ehtimal edir.

R.Bazikyan 2019-cu ilin dekabrında MTX-nin direktor müavini təyin edilmişdi. O, MTX-də ən gənc müavinlərindən idi.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətdə direktor işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O yalnız bu ilin martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan təyin olunub.

Son xəbərlər

Orphus sistemi