Ermənistan MTX direktorunun keçmiş birinci müavini məxfi sənədləri məhv etdirib

Ermənistan MTX direktorunun keçmiş birinci müavini məxfi sənədləri məhv etdirib Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun keçmiş birinci müavini Karapet Davtyan qurumdakı məxfi sənədlərin məhv edilməsi barədə əmr verib.
Region
28 Noyabr , 2019 12:27
Ermənistan MTX direktorunun keçmiş birinci müavini məxfi sənədləri məhv etdirib

Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun keçmiş birinci müavini Karapet Davtyan qurumdakı məxfi sənədlərin məhv edilməsi barədə əmr verib.

“Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Xidmətində itmiş sənədlərin bir qismi bərpa olunub. Məsələ ilə bağlı daxili araşdırma nəticəsində xidmətin əməkdaşları materialların məhv edilməsinə dair əmri verənin adı açıqlayıblar.

Qeyd edək ki, 2018-ci il mayın 8-də Ermənistanın indiki baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında “məxməri inqilab"dan MTX-yə aid əvvəl bir sıra sənədlərin məhv edildiyini bildirmişdi. Həmin sənədlərin məzmunundan heç kimin məlumatı yoxdur. Nikol Paşinyan sənədlərin məhv edilməsini “cinayət” adlandırmışdı. Cari il oktyabrın 23-də MTX direktorunun müavini Stepan Melkonyan bu məsələ üzrə cinayət işinin başlamadığını bildirmişdi.

Məlumata görə, bu hadisəyə aydınlıq gətirmək üçün MTX-nin İctimai asayişin mühafizəsi və terrorçuluğa qarşı mübarizə üzrə baş idarənin keçmiş rəisi Tiqran Barseqyan xidmətə çağırılıb.

Qəzet yazıb ki, hadisə ilə bağlı adları çəkilən xidmətin bütün əməkdaşları dindirilib. Məlum olub ki, sənədlərin məhv edilməsi əmrini Karapet Davtyan verib.

Davtyan isə “məxməri” hadisədən sonra ötən il mayın 29-da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, cari il iyunun 5-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı direktoru Artur Vanesyan 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri olduğunu, ancaq bu informasiyanı açıqlaya bilməyəcəyini demişdi.

Son xəbərlər

Orphus sistemi