Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək

Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.
Region
4445
6 Oktyabr , 2020 13:24
Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib.

Bununla yanaşı oktyabr ayının 23-dən 30-dək KTMT tərəfindən Ermənistanda keçirilməsi nəzərdə tutulmuş "Axtarış 2020" və "Qarşlıqlı fəaliyyət 2020" adlı komanda-qərargah təlimlərinin də təxirə salındığı diqqətə çatdırılıb.

Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

Son xəbərlər

Orphus sistemi