Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir

Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir Nümayişçilər aksiyanın müddətsiz xarakterə malik olduğunu bildiriblər
Region
16 Sentyabr , 2016 15:00
Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ermənistanın Vayotsdzor əyalətinin Aqavnadzor kəndinin sakinləri yenidən məktəbə, uşaq bağçasına və kənd administrasiyasının binasına girişi bağlayıblar.

"Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, etirazın səbəbi fermerlərin 9 aydır üzüm satışından onlara ödənilməli olan vəsaiti ala bilməməsidir.

Onların sözlərinə görə, problem hələ də həll edilməmiş qalır. Etiraz aksiyasının iştirakçıları aksiyanın müddətsiz xarakterə malik olduğunu və yalnız problemlərinin həll olunacağı təqdirdə məktəb, uşaq bağçası və kənd administrasiyasının binasının girişini açacaqlarını bildiriblər.