Ermənistan hərbi büdcəni azaldır: Müharibə onsuz da uduzulub

Ermənistan hərbi büdcəni azaldır: Müharibə onsuz da uduzulub Ermənistan hakimiyyəti hərbi büdcənin azaldılması məsələsini fəal şəkildə müzakirə edir
Region
2775
14 Mart , 2021 06:18
Ermənistan hərbi büdcəni azaldır: Müharibə onsuz da uduzulub

Ermənistan hakimiyyəti hərbi büdcənin azaldılması məsələsini fəal şəkildə müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə “168․am” yazıb.

Qeyd edilir ki, son vaxtlar bununla bağlı artıq iki dəfə müzakirələr aparılıb. Bunlardan biri hökumət üzvləri arasında, digəri Müdafiə Nazirliyində olub.

"Söhbət milyardlardan gedir, maraqlı şəxslər baş nazirin müavini Tiqran Avinyan, baş nazirin digər müavini Mqer Qriqoryan, baş nazir aparatının rəhbəri Arsen Torosyandır. Tiqran Avinyan hətta Müdafiə Nazirliyinin nümayəndələrinə deyib: "Siz onsuz da (müharibəni-red) uduzmusunuz. Belə büdcə nəyinizə lazımdır?", - nəşr qeyd edib.

“Əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyində hərbi büdcənin ixtisarı ilə bağlı faktiki olaraq, nəzərə alınmayan və narazılıqlar və fikir ayrılıqları var. Ən yaxşı halda məbləğin azaldılması ilə bağlı dəyişiklik olacaq”, - “168․am” vurğulayıb.

Son xəbərlər

Orphus sistemi