Ermənistan həbsxanalarının ağır vəziyyətindən yazan məhbus ölüb

Ermənistan həbsxanalarının ağır vəziyyətindən yazan məhbus ölüb Qraç Gevorkyan həbs olunanadək sağlam olub və səhhəti həbsxanada ağırlaşıb
Region
6 aprel 2017 10:34
Ermənistan həbsxanalarının ağır vəziyyətindən yazan məhbus ölüb

Bakı. 6 aprel. REPORT.AZ/ Ermənistan həbsxanalarındakı dözülməz vəziyyətdən yazan məhbus Qraç Gevrokyan cəza çəkdiyi "Armavir" müəssisəsində ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məhkəmədə Q.Gevorkyanın hüquqlarını müdafə edən Helsinki Vətəndaşı Assosiasiyasının yerli təşkilatı məlumat yayıb.

Qeyd edək ki, Q.Gevorkyan hakimiyyət təmsilçisinə qarşı zor tətbiq etmək və qəsbdə ittiham olunaraq, 2015-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu vətəndaş nikahından olan həyat yoldaşı Naira Arutyunı və yetkinlik yaşına çatmayan oğlunu girov götürməkdə, onların azad edilməsi üçün qadının atasından pul tələb etməkdə günahkar bilib. Q.Gevorkyan ittihamların heç birini qəbul etməyib.

Anası Naxşun Yenqibaryan oğluna verilən cəzaya etiraz olaraq Ermənistan prezidentinin ofisi yaxınlığında özünü yandırmağa cəhd edib.

Q.Gevrorkyan həbsxanada olduğu müddətdə oradakı ağır vəziyyətdən dəfələrlər yazıb. Xəstəliyi ilə əlaqədar həbsxanada uyğun müalicə ala bilmədiyi üçün aclıq aksiya keçirib. Saxlanıldığı sonuncu həbsxanadakı ağır vəziyyətə etraz olaraq 67 gün aclıq aksiyası keçirib. 

Məlumata görə, Q.Gevorkyan həbs olunanadək sağlam olub və səhhəti həbsxanada ağırlaşıb. 

Son xəbərlər

Orphus sistemi