​Ermənistanda ruslar küçəyə çıxmağa qorxurlar

​Ermənistanda ruslar küçəyə çıxmağa qorxurlar Gümrüdə ailəli hərbçilərin evdə gecələməsinə, subay hərbçilərin isə hərbi hissədə qalmalarına icazə verilib
Region
17 Yanvar , 2015 03:58
​Ermənistanda ruslar küçəyə çıxmağa qorxurlar

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyalı hərbçi Permyakovun Ermənistanda bir erməni ailəsini qətlə yetirməsi səbəbindən yaranan etirazlar, gərginlik və antirus əhval-ruhiyyəsi ilə əlaqədar olaraq Gümrüdəki 102 saylı Rusiya hərbi bazası rəhbərliyi tabeliyində olanlara yerli sakinlərin gözünə görünməmək haqqında sərəncam verib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Çorrord işxanutyun" qəzeti yazıb.

Sərəncama əsasən, yerli sakinlərin qəzəbindən qorunmaq məqsədi ilə, Gümrüdə ailəsi olan hərbçilərin evdə gecələməsinə, subay hərbçilərin isə hərbi hissədə qalmalarına icazə verilib.

Hərbçilərin şəhərdə gəzmələrinə, kafe və digər yerlərə getmələrinə ümumiyyətlə qadağa qoyulub. Qeyri-müəyyən müddətə Rusiya Federasiyası konsulluğunun himayəsi altında Gümrüdə fəaliyyət göstərən ümumtəhsil məktəbi bağlanıb.

Qəzetin yazdığına görə, bu günlərdə rus uşaqlarını küçələrdə, hətta rus məhəllələrində belə görmək mümkün deyil.

Son xəbərlər

Orphus sistemi