Ermənistan əhalisinin təbii artımı Gəncədən az olub

Ermənistan əhalisinin təbii artımı Gəncədən az olub Bu, ölkənin Statistika Komitəsinin yeni göstəricilərində öz əksini tapıb
Region
11 Fevral , 2021 15:38
Ermənistan əhalisinin təbii artımı Gəncədən az olub

İkinci Qarabağ müharibəsindəki məğlubiyyət, pandemiya, iqtisadi düşüş və siyasi məyusluqlar Ermənistan əhalisinə təsirsiz ötüşməyib.

“Report” xəbər verir ki, bu, ölkənin Statistika Komitəsinin yeni göstəricilərində öz əksini tapıb.

2020-ci ildə Ermənistanda 2019-cu illə müqayisədə doğulanların sayı 0,9 % artaraq 36 448 nəfər təşkil etsə də, bu, ümumi mənzərəni dəyişə bilməyib. Belə ki, ötən il Ermənistanda 2019-cu illə müqayisədə ölənlərin sayı 35 % artaraq 35 371 nəfərə çatıb. 2019-cu ildə bu rəqəm 26 186 nəfər olub. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin tam sayı hələlik dəqiq hesablanmayıb və demək olar ki, hər gün hərbi əməliyyatların keçirildiyi bölgədə erməni əsgərlərin qalıqları tapılır.

Beləliklə, 2020-ci ildə ölkə əhalisinin təbii artımı 1 077 nəfər olub. Ermənistan əhalisinin təbii artımı Gəncədən belə az olub. Gəncə şəhərinə dair son demoqrafik məlumatlara əsasən, şəhər əhalisinin təbii artımı 1 161 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi