Ermənistan əhalisinin sayı azalıb

Ermənistan əhalisinin sayı azalıb 2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalıb
Region
31 İyul , 2017 13:40
Ermənistan əhalisinin sayı azalıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Statistika Xidməti məlumat yayıb.

İnformasiyaya görə, 2011-ci ildə həyata keçirilən əhalinn siyahıya alınmasına əsasən, 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib.

Məlumata görə, bu 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 15,2 min nəfər azdır.

Xəbərdə bildirilib ki, 2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər, bu müdət ərzində ölənlərin sayı 2,1 faiz artaraq, 14 min 709 nəfər təşkil edib.  

Son xəbərlər

Orphus sistemi