Ermənistan əhalisinin sayı azalıb

Ermənistan əhalisinin sayı azalıb Ermənistanın daimi əhalisinin sayı 2 300 nəfər azalıb.
Region
5 May , 2022 17:26
Ermənistan əhalisinin sayı azalıb

Ermənistanın daimi əhalisinin sayı 2 300 nəfər azalıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Statistika Komitəsi yayıb.

Bildirilib ki, 2011-ci ilin əhalinin siyahıyaalınmasına əsasən, 2022-ci il aprelin 1-də ölkə əhalisinin sayı 2 milyon 961 600 nəfər, 2021-ci ilin uyğun dövründə bu rəqəm 2 milyon 963 900 nəfər olub.

Məlumata görə, hesabat dövründə Ermənistanda şəhər əhalisinin sayı bir milyon 891 400 nəfər, o cümlədən İrəvanda bu göstərici bir milyon 93 min 200 nəfər, kənd sakinlərinin sayı isə bir milyon 70 min 200 nəfərdir.

İngilis versiyası Population of Armenia drops

Son xəbərlər

Orphus sistemi