"Ermənistan" bloku: Seçkilərdə topladığımız 300 min səsi qoruyacağıq

"Ermənistan" bloku: Seçkilərdə topladığımız 300 min səsi qoruyacağıq "Ermənistan" bloku ölkədə ötən ay keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə yaxın günlərdə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Region
2 İyul , 2021 06:45
Ermənistan bloku: Seçkilərdə topladığımız 300 min səsi qoruyacağıq

"Ermənistan" bloku ölkədə ötən ay keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə yaxın günlərdə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

“Report” xəbər verir ki, bu barədə blokun feysbukdakı səhifəsində deyilir.

"Blok növbədənkənar parlament seçkilərində təxminən 300 min səs toplayıb və birmənalı olaraq, bu səslərin sahibi olacaq, öz elektoratını satmayacaq. Bizim mübarizəmiz davam edəcək”, - deyə blokun bəyanatında bildirilir.

Bu hökumətin istədiyini edə bilməsi məhdudlaşdırılmalıdır. Biz sübut etməliyik ki, bu, Ermənistanda ən çox korrupsiyaya məruz qalmış hakimiyyətdir", - bəyanatda əlavə olunub.

Son xəbərlər

Orphus sistemi